AZ

Bundesliqa: “Bayer” son dəqiqə qolu ilə məğlub oldu

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya Bundesliqasının 30-cu turunda gözlənilməz nəticə qeydə alınıb. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Bayer” öz meydanında “Auqsburq”u qəbul edib və 1:2 hesablı məğlubiyyətlə barışıb.

İdman.Biz xəbər verir ki, oyuna daha fəal başlayan leverkuzenlilər 12-ci dəqiqədə hesabı açıblar. Edmon Tapsobanın ötürməsini Patrik Şik qola çevirərək meydan sahiblərini önə çıxarıb. Lakin qonaqların sevinci cəmi üç dəqiqə çəkib. Matçın 15-ci dəqiqəsində Dimitris Yannulisin ötürməsindən sonra Fabian Rider tarazlığı bərpa edib.

Görüşün taleyi isə uzatma dəqiqələrində həll olunub. 90+7-ci dəqiqədə Fabian Rider penaltini dəqiq yerinə yetirərək həm dublunu rəsmiləşdirib, həm də komandasına üç xal qazandırıb.

Bu məğlubiyyətdən sonra 52 xalda qalan “Bayer” turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Xallarının sayını 36-ya çatdıran “Auqsburq” isə doqquzuncu sıraya yüksəlib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr