AZ

Klubun yeni prezidentindən İDDİALI AÇIQLAMA: “İlk işimiz bu olacaq“

“Biz burada dayanıqlı iş qurmaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Şəmkir”in yeni prezidenti Adil Əliyev deyib.

Yaxınlarda II Liqa təmsilçisinin rəhbərliyinə gəlmiş iş adamı gələcək planları barədə aşağıdakıları söyləyib:

”Klubun inkişafı istiqamətində sponsorlarla danışıqlar aparılır. Şəmkirli sahibkarlarla söhbətlərimiz olur.

Məqsədimiz Şəmkirdə uşaq futboluna diqqəti artırmaqdır. İlk addım olaraq U-15 komandamızı AFFA-nın keçirdiyi yarışa buraxmaqdır.

Əsas komandanı növbəti mövsüm üçün daha iddialı qurmağı planlaşdırırıq. Birinci işimiz stadionun təmiri ilə bağlı olacaq.

Şəmkir Olimpiya Kompleksinin meydanının üst liqaların tələblərinə uyğunlaşdırılmasını istəyirik.

Bu gün stadionun örtüyü ikinci liqa üçün yarayır, amma daha ideal vəziyyətə gətirməyə ehtiyac var. Çempionat bitən kimi birinci iş örtüyü dəyişmək olacaq.

İkinci meydanı yaxşı hal salmaq planımız var. Məşqlərimizi orada keçirə bilək. İnşallah, tezliklə buna nail olarıq”.

Seçilən
35
sportinfo.az

1Mənbələr