AZ

Dünya yeni münaqişəyə sürüklənir: Vaşinqtonun addımı Pekini hərəkətə gətirir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Adanın hərbi yolla nəzarətə götürülməsi ABŞ-nin Çinə qarşı daha sərt sanksiyaların qəbuluna həvəsləndirəcək"

"Tehran Vaşinqtonun “Hörmüz boğazının” mühasirəsindən imtina etməyəcəyi halda İranın boğaza nəzarəti davam etdirəcəyini açıqlayıb. Beynəlxalq birlik “Hörmüz boğazı”yla bağlı razılaşmanın yerinə yetirilməsini istəyir. ABŞ-nin boğazın mühasirəsini davam etdirməsi Vaşinqtonun Pekinlə də münasibətlərini gərginləşdirə bilər. Çünki, Vaşinqton elan etmişdi ki, İran limanlarından çıxan tankerlərin hərəkətinə imkan verilməyəcək. İrandan “Hörmüz boğazı” üzərindən neft alan əsas ölkə isə Çindir".

 Bunu Sherg.az-a açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib. Ekspert qeyd edib ki, ABŞ hərbi gəmilərinin Çinə aid tankerləri yoxlamağa başlaması Pekinin qəzəbinə səbəb olacaqdı.

Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın mayın ortalarında Çinə planlaşdırılan səfərin yenidən təxirə salınmasına gətirib çıxara bilərdi. Halbuki, bu səfər çoxdan razılaşdırılıb və Çin lideri Si Cinpin bu səfər vasitəsilə ABŞ Prezidenti Donald Trampla iki ölkə arasında iqtisadi oyun qaydalarını müəyyənləşdirmək istəyir: 

"ABŞ-ın “Hörmüz boğazı”nı uzun müddət mühasirədə saxlaması Çini Tayvan məsələsini eyni yolla həllinə həvəsləndirə bilərdi. Çin eyni ilə ABŞ kimi Tayvan adasına yaxınlaşan ticarət gəmilərini yoxlamaq barədə düşünə bilər. Pekinin arqumenti bu ola bilər ki, Çinə aid olan Tayvana üçüncü ölkələrin hərbi texnikasının daşınmasının qarşısını almaq istəyir. 

Pekinin Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdə gərgin vəziyyətdən istifadə edərək Tayvanı hərbi yolla Çinə birləşdirmək planı haqqında fikirlər söylənilirdi. Ancaq Pekin adanı hərbi yolla ələ keçirmənin risklərini hesablamaq məcburiyyətindədir. Adanın hərbi yolla nəzarətə götürülməsi ABŞ-ın Çinə qarşı daha sərt sanksiyaların qəbuluna həvəsləndirəcək".

E. Şahinoğlu hesab edir ki, bundan başqa ada ətrafında iki böyük dövlətin toqquşması ehitmalı da arta bilər:

"Digər tərəfdən yarımkeçiricilərin istehsalına görə dünya lideri olan Tayvanın nəzarətə götürülməsi Çinin yüksək texnologiyalar sahəsindəki rəqiblərini əzməsi anlamına gələcək ki, ABŞ buna yol verə bilməz. Yəni Tayvanın hərbi yolla ələ keçirilməsi dünyada ticarət müharibələrini alovlandıracaq. Bu isə Çinin özünə də lazım deyil. Bu səbəbdən Pekin Tayvanı hərbi yolla nəzarətə götürmək planını qeyri-müəyyən müddətə təxirə salıb. Pekin Tayvanla bağlı strategiyasında dəyişiklik edib. Pekin “yumşaq güc” amilinə üstünlük verib. Tayvanın müxalifət liderinin Pekinə dəvət edilməsi və Si Cinpinlə görüşməsi bu siyasətin tərkib hissəsidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
sherg.az

1Mənbələr