Kişilər voleybolçular arasında Azərbaycan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın finalında "Xilasedici" və "ORDU" klubları üz-üzə gəliblər.
GİN-in Voleybol Mərkəzində keçirilən qarşılaşma gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən görüşdə "Xilasedici" 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, "Xilasedici" Azərbaycan çempionatının qızıl medalına sahib çıxıb. "ORDU" klubu isə gümüş medal qazanıb.
Yüksək Liqa
18 aprel
Final
"Xilasedici" - "ORDU" “Xilasedici” - “ORDU” 3:1 (24:26, 25:16, 27:25, 25:21)