Futbol üzrə Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi üzrə Androrra yığmasına qarşı oyunda 2:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, millimizin məşqçisi Rövşən Qasımov matçdan sonra fikirlərini bölüşüb: 

"Bu gün gözəl atmosfer var idi. Çalışdıq ki, bizə olan ümidləri doğruldaq. Tamaşaçılar zövq aldığına inanırıq. Məşqçi korpusu olaraq razıyıq ki, qızlar tapşırığı tyerinə yetirdilər. İndiki oyunlar çox vacibdir. İyunda baş tutacaq oyunlara fokuslanacağıq". 

Mütəxəssis Sevinc Cəfərzadənin sağlamlıq durumu və birinci hissədə zədələnməsi barədə bu sözləri deyib:

"Biz Sevinci yaxşı tanıyırıq. Sevinc gərək elə zədə alsın ki, meydançadan çıxsın. O bizə dedi ki, axıra qədər oynayacam, buna görə də onu meydanda saxladıq".