AZ

Yanvar-mart aylarında Azərbaycanın Almaniyaya neft ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Yanvar-mart aylarında Azərbaycandan Almaniyaya bitumlusüxurlardan əldə olunan neft və neft məhsullarından 270,5 min tonhəcmində, 127,5 milyon ABŞ dolları dəyərində ixrac edilib.

Trend-inDövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bugöstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə149,1 milyon ABŞ dolları və ya 53,9% azdır. Həcm baxımından isə223,4 min ton və ya 80,8% azalma qeydə alınıb.

Belə ki, ötən ilin yanvar-mart aylarında AzərbaycandanAlmaniyaya bitumlu süxurlardan əldə olunan neft və neftməhsullarından 500 min ton həcmində, 276,6 milyon ABŞ dollarıdəyərində ixrac həyata keçirilib.

Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsullarıixrac etdiyi ölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Seçilən
18
8
az.trend.az

10Mənbələr