AZ

İranın birinci vitse prezidenti Trampın sosial şəbəkə paylaşımlarını “boş söz” adlandırıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ lideri Donald Trampın sosial şəbəkələrdə yazdıqlarını “boş sözlər” deyə dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Aref "X" sosial şəbəkə hesabında yazıb.

"Trampın siyasəti illüziyalar və ziddiyyətli bəyanatların qarışığından ibarətdir, onun sosial mediada paylaşımları isə boş və mənasız sözlərdir", - deyə o qeyd edib.

Birinci vitse-prezident vurğulayıb ki, İran ABŞ-a cavabını sözlərlə deyil, konkret addımlarla verir. Onun sözlərinə görə, ehtimal olunan hərbi-dəniz blokadasının yarılması və neft ixracının 2–3 dəfə artması İranın qəti qələbəsini göstərir.

ABŞ lideri "Truth Social" sosial şəbəkə platforması üzərindən fəal paylaşım edir, o cümlədən İranla silahlı qarşıdurmanın gedişi və mümkün sülh danışıqları barədə məlumat verir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr