AZ

Bu dövr bitdi, ABŞ əmr verə bilməz, müharibə başlasa...

ain.az bildirir, Axar.az portalına istinadən.

Əgər ABŞ mövcud atəşkəs müddəti bitdikdən sonra Tehrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, İran qəti cavab verməkdən çəkinməyəcək.

Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

“Müharibə müsbət nəticəyə gətirib çıxara bilməz. Amerikalılar başa düşməli və dərs çıxarmalıdırlar: müstəmləkəçilik dövrü bitdi. Onlar digər millətlərə əmr verə bilməzlər. Əgər hər kəs sülhə və sabitliyə diqqət yetirərsə, bu, hər kəsə fayda verəcək və o zaman şans yaranacaq. Lakin onlar təcavüzkar olmağa və müharibəyə qayıtmağa qərar verərsə, İranın cavabını görəcəklər və biz tərəddüd etmədən tam güclə cavab verəcəyik”, - Xətibzadə Antalya Diplomatik Forumunda jurnalistlərə deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
axar.az

1Mənbələr