
Livanın cənubunda baş verən hücum nəticəsində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı kontingentində xidmət edən fransız əsgəri həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə səhifəsində bildirib.
“Montobanedəki 17-ci Paraşüt Mühəndis Alayının baş çavuşu Florian Montorio bu səhər Livanın cənubunda UNIFIL sülhməramlı missiyasına hücum zamanı həlak olub”, - Fransa Prezidenti qeyd edib.
Dövlət başçısı daha üç əsgərin yaralandığını və təxliyə edildiyini bildirib.
Makron əlavə edib ki, hər şey hücumun məsuliyyətinin “Hizbullah”ın üzərinə düşdüyünü göstərir.
Buna görə də o, Livan hakimiyyətindən cavabdehləri məsuliyyətə cəlb etməyi və asayişin qorunması üçün məsuliyyəti öz üzərinə götürməyi tələb edib.