AZ

“Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi İclasında iştirak və çıxış etməkdən məmnunluq duyur.

Bizim.Media xəbər verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım", - o bildirib və daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə təşkilat və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:

"Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır".


Bizim.Media

Seçilən
16
2
bizim.media

3Mənbələr