AZ

Malanq Sarr Premyer Liqaya qayıda bilər - Avropa klubları hərəkətə keçib

Fransalı müdafiəçi Malanq Sarr karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, futbolçu "Lans" klubuna transferindən sonra karyerasını yenidən “canlandırıb”.

 “Lans”a qoşulan Sarr mövsüm ərzində rotasiyada çıxış etsə də, hazırda komandanın əsas oyunçularından birinə çevrilib. Onun mövcud müqaviləsi gələn yay başa çatır, lakin bir illik avtomatik uzadılma bəndi mövcuddur.

Buna baxmayaraq, 27 yaşlı  futbolçunun komandada qalması çətin görünür. Bildirilir ki, Sarr Premyer Liqanın bir sıra aparıcı klublarının və Səudiyyə Ərəbistanı təmsilçilərinin maraq dairəsindədir.

Eyni zamanda "Lill" klubu da müdafiəçini heyətində saxlamaq üçün danışıqlar aparır. Futbolçu hazırda gələcəyi ilə bağlı qərar vermə mərhələsindədir.

Qeyd edək ki, o, əvvəllər "Çelsi" klubunda çıxış edib, lakin əsas heyətdə möhkəmlənə bilmədiyi üçün 2024-cü ilin yayında müqaviləsi ləğv olunub.

Seçilən
37
90deqiqe.az

1Mənbələr