Axar.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-ın Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset X hesabında yazıb.
O qeyd edib ki, logistik məlumatların yoxlanışı "USS Abraham Linkoln" aviadaşıyıcısının və "Tripoli" desant gəmisinin ərzaqla tam təmin edildiyini göstərib:
“Hər ikisinin 30 gündən çox müddətə bəs edəcək birinci kateqoriyalı təminatı - ərzağı mövcuddur”.
Xatırladaq ki, ötən gün "USA Today" portalı hərbçilərin qohumlarına istinadla məlumat yaymışdı ki, Fars körfəzi sularındakı gəmilərdəki qida ehtiyatları tükənmək üzrədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.