AZ

ABŞ və Kuba 10 ildən sonra ilk dəfə Havanada danışıqlar aparır

ABŞ Dövlət Departamentinin rəsmiləri Havanada Kuba rəsmiləri ilə görüşərək demokratik və iqtisadi azadlıqların genişləndirilməsinə çağırış edib, həmçinin Vaşinqtonun tövsiyələrini nəzərə almamağın mümkün riskləri barədə xəbərdarlıq ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ hökumətindəki mənbələrə istinadən “Axios” məlumat yayıb.

Bildirilib ki, ötən cümə günü keçirilən görüş Prezident Barak Obamanın təxminən on il əvvəl baş tutan yaxınlaşma səfərindən sonra ABŞ hökumət təyyarəsinin Kubaya enməsi baxımından mühüm diplomatik addım sayılır.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bir neçə görüşün keçirildiyini təsdiqləsə də, iştirakçıların adlarını açıqlamayıb. Yalnız Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastronun adı çəkilib. ABŞ tərəfi onu babasının qeyri-rəsmi sözçüsü və ölkədə təsirli fiqur kimi qiymətləndirir.

Amerika rəsmiləri görüşlər zamanı qeyd ediblər ki, Kuba iqtisadiyyatı “sərbəst çöküş” vəziyyətindədir və hakim elitanın vəziyyət daha da pisləşməzdən əvvəl ABŞ-ın dəstəyi ilə əsas islahatları həyata keçirmək üçün məhdud vaxtı var.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr