AZ

Alça sağlamlığınız üçün də xeyirlidir

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Alça həm dadlı, həm də sağlamlıq üçün faydalı bir meyvədir. Artıq mövsümü başlayan alça təkcə duzla yeyiləcək turşməzə meyvə yox, sağlamlıq üçün xeyrli tərəfləri də var.

Axşam.az xəbər verir ki, onun tibbi baxımdan bir neçə önəmli xeyri var. Həzm sistemini yaxşılaşdırır. Çünki alça liflə zəngindir, bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını almağa kömək edir.

İmmuniteti gücləndirir - tərkibində C vitamini olduğu üçün orqanizmi infeksiyalara qarşı daha davamlı edir.

Ürək sağlamlığını qoruyur - kalium baxımından zəngin olduğu üçün qan təzyiqini balanslaşdırmağa kömək edir və ürək-damar sisteminə müsbət təsir göstərir.

Antioksidant təsir göstərir - alçada olan maddələr hüceyrələri zərərli sərbəst radikallardan qoruyur, bu da yaşlanma prosesini yavaşlada bilər.

Qaraciyərə dəstək olur - xalq təbabətində alça qaraciyərin təmizlənməsinə kömək edən meyvələrdən biri sayılır.

Dəri sağlamlığına faydalıdır - Vitaminlər dərinin daha sağlam və parlaq görünməsinə kömək edir.

Çox turş olduğu üçün mədə problemi (məsələn, qastrit) olanlarda narahatlıq yarada bilər. Həddindən artıq istifadə ishala səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
axsam.az

2Mənbələr