AZ

Müğənniyə qarğış etdilər - Səbəb bu imiş

Müğənni Zeynəb Həsəni xoşagəlməz hadisə ilə üzləşdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi “Öz aramızda” verilişində ona mesaj yazan bir şəxslə bağlı yaşadığı hadisəni bölüşüb.

Müğənni sosial şəbəkədə ona müraciət edən bir şəxsin fiziki qüsurlu olduğu bildirilib və həmin şəxslə danışmaq istədiyi qeyd olunub. Z.Həsəni isə bunu anlayışla qarşılayaraq mehriban şəkildə ünsiyyət qurduğunu deyib.

Lakin bir müddət sonra qarşı tərəfin danışıq tərzinin dəyişdiyini bildirən Zeynəb Həsəni qeyd edib ki, həmin şəxs ona qarşı hörmətsiz davranmağa başlayıb və onu Şəkiyə gəlib görməyə dəvət edib. Müğənni isə hazırda bunun mümkün olmadığını, lakin gələcəkdə bölgəyə səfəri zamanı görüşə biləcəyini deyib.

Sənətçinin sözlərinə görə, qarşı tərəf bu cavabla kifayətlənməyərək israr edib və daha sonra ona qarğış edib:

“Dedi ki, görüm mənim günümə qalasan. Çox pis oldum. Həm şok oldum, həm də kövrəldim. Nə deyəcəyimi bilmədim, sadəcə ‘sağ ol’ dedim”.

Zeynəb Həsəni baş verən hadisənin onu sarsıtdığını və gözləmədiyi bir reaksiya ilə üzləşdiyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
21
1
yenisabah.az

2Mənbələr