AZ

Tramp: İranla bir-iki gün ərzində yekun razılığa gələ bilərik

Tramp: İranla bir-iki gün ərzində yekun razılığa gələ bilərik

ABŞ Prezidenti Donald Tramp İranla bir və ya iki gün ərzində razılığa gəlmələrinin mümkün olduğunu qiymətləndirib.

AFN.az xəbər verir ki, ABŞ-ın "Axios" xəbər platformasına danışan Donald Tramp Vaşinqton və Tehran nümayəndə heyətlərinin yekun razılığa gəlmək üçün böyük ehtimalla həftəsonu bir araya gələcəyini deyib.

Tramp iranlıların görüşmək və razılıq əldə etmək istədiklərini, bu səbəbdən yaxın bir-iki gün ərzində sazişin imzalana biləcəyini ifadə edib. İranla yekun razılıq əldə olunmadan ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi blokadanı qaldırmayacağını bildirən Tramp, bu boğazın hər kəs üçün açıq olmalı olduğunu müdafiə edib.

O, əldə olunacaq bu razılaşmanın İsraili təhlükəsizlikdə saxlayacağını iddia edib. Livanda qüvvəyə minən atəşkəsə də toxunan Tramp, İsrailin hücumlarını dayandırmalı olduğunu vurğulayaraq, binaların partladılmasına icazə verməyəcəyini qeyd edib.

Seçilən
29
afn.az

1Mənbələr