AZ

"Neftçi" "bürünc"ə yiyələndi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu gün bürünc medal uğrunda keçirilən görüşdə "Neftçi" ilə "Murov Az Terminal" üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

Saat 16:00-da final matçı baş tutacaq. Həlledici görüşdə "Xilasedici" ilə "Ordu" münasibətlərə aydınlıq gətirəcək.

Seçilən
0
1
fanat.az

2Mənbələr