AZ

Güclü yağışların səbəbi müharibədir? - Gələcəkdə daha qorxunc proses baş verəcək

Son günlərdə regionda baş verən hərbi gərginlik fonunda cəmiyyətdə yeni və mübahisəli bir fikir dolaşmağa başlayıb. İddialara görə, Azərbaycanda müşahidə olunan normadan artıq yağıntılar İranda həyata keçirilən hərbi əməliyyatların nəticəsidir. Eyni zamanda, bombardmanların, onun nəticəsində yaranan partlayışların, yanğınların atmosferə neqativ təsirləri ilə bağlı da fərziyyələr mövcuddur. Bu yanaşmalar ictimai maraq doğursa da, suallar açıq qalır: doğrudanmı hərbi əməliyyatlar hava və iqlimə təsir edəcək qədər güclü amildir, yoxsa burada sadəcə təsadüfi uyğunluqdan söhbət gedir?

Lokal deyil, genişmiqyaslı dəyişikliklər

Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov hesab edir ki, iqlimdə müşahidə olunan dəyişiklikləri yalnız hərbi əməliyyatlarla əlaqələndirmək elmi baxımdan düzgün yanaşma deyil. Onun sözlərinə görə, eyni dövrdə oxşar intensiv yağıntıların Dağıstan ərazisində qeydə alınması, həmçinin daha əvvəl Nyu-York kimi coğrafi baxımdan tam fərqli bölgələrdə analoji hadisələrin baş verməsi göstərir ki, bu proseslər lokal deyil, daha genişmiqyaslı atmosfer dəyişikliklərinin nəticəsidir. Alim vurğulayır ki, bu cür hadisələri izah etmək üçün əsas diqqət qlobal atmosfer sirkulyasiyasına yönəldilməlidir. Belə ki, şimal yarımkürəsində, xüsusilə Arktika üzərində formalaşan güclü soyuq hava kütlələri normal şəraitdə müəyyən sabitliklə dövr edir və öz strukturunu qoruyur. Bu proses elmi ədəbiyyatda “hava burulğanı” kimi tanınan dinamik sistemlərlə izah olunur. Lakin müxtəlif səbəblərdən, məsələn, bloklayıcı antisiklonların yaranması zamanı bu sistemin hərəkət sürəti zəifləyir və nəticədə soyuq hava kütlələri öz sabitliyini itirərək parçalanır. Bu zaman həmin kütlələr ümumi atmosfer dövranına daxil olaraq fərqli coğrafiyalarda qəfil və gözlənilməz hava dəyişikliklərinə, o cümlədən intensiv yağıntılara səbəb olur. Məhz martın sonu - aprelin əvvəllərində müşahidə olunan hadisələrin də böyük ehtimalla bu mexanizmlə əlaqəli olduğu qeyd edilir.

S.Səfərov əlavə edir ki, hərbi əməliyyatlar zamanı istifadə olunan müəyyən texnogen vasitələrin atmosferə lokal təsiri tam istisna olunmasa da, bu təsirin genişmiqyaslı və uzunmüddətli iqlim dəyişiklikləri yaratmaq gücündə olması barədə elmi əsaslandırılmış faktlar mövcud deyil. Əksinə, son illərdə müşahidə olunan iqlim anomaliyaları daha çox qlobal xarakter daşıyır və müxtəlif təbii amillərin qarşılıqlı təsiri ilə formalaşır.

Süni yağıntı layihələri rütubət balansını pozur

Seçilən
23
2
publika.az

3Mənbələr