Olay.az saytına istinadən ain.az xəbər verir.
Madonna 20 ildən sonra ilk dəfə “Coachella” səhnəsinə qayıdıb.
OLAY yazır ki, əfsanəvi müğənni Sabrina Karpenterin çıxışı zamanı səhnəyə çıxaraq tamaşaçılar arasında böyük coşğu yaradıb.
Madonna və Karpenter məşhur hitlərini ifa edib, həmçinin “Bring Your Love” adlı dueti təqdim ediblər. Bu mahnı Madonnanın yeni “Confessions on a Dance Floor: Part II” albomuna daxil olacaq. Albomun buraxılışı isə 3 iyula planlaşdırılır.
Xüsusi diqqət çəkən məqamlardan biri də Madonnanın obrazı olub. Müğənni səhnəyə 20 il əvvəl “Coachella”da çıxış edərkən geyindiyi eyni korset, çəkmə və gödəkçədə çıxıb. O vaxt o, festivalda iştirak edən ilk qlobal superulduz olub və bununla da tədbiri beynəlxalq musiqi festivalı səviyyəsinə yüksəldib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.