AZ

Yenidən Avroviziya ya gedərsən sualına Eldarın reaksiyası

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Maraqlı təklif ola bilərdi. Amma "Avroviziya" müsabiqəsində artıq hər şey etmişəm. İştirakçılar var ki, gediblər, amma sona qədər yaşatmadılar. Biz isə Nigar Camalla müəyyən nöqtəyə çatdıq. Qayıdardım, amma mahnı müəllifi kimi".

Axşam.az xəbər verir ki, bu sözləri "Avroviziya 2011" qalibi Eldar Qasımov müsabiqə ilə bağlı sualları cavablandırıb. Müğənni yarışmaya yenidən qatılmaqla bağlı suala belə reaksiya verib:

"Dünya və "Avroviziya" çox dəyişib. Qaydalar, ölkələrə yanaşma başqadır. Musiqi adamıyam. Bəzi şeyləri bir ifaçı kimi orada çatdırmayacağam. Yaxşı olardı ki, pərdəarxası bir işdə olardım. Bir neçə il əvvəl layihələr edir, mahnılar göndərirdim, siyahıya da düşürdüm. Amma qalib gəlmirdim, təbidir. Sırf öz tək bəstəmi göndərməmişəm. Bunun üçün böyüməliyəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
axsam.az

4Mənbələr