ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
Əməkdar artist Rəhman Rəhmanov müğənni Firuzə İbadova ilə bağlı etiraf edib.
BAKU.WS xəbər verir ki, "Günə bax" verilişinə qonaq olan aktyor illər əvvəl Firuzə İbadovanı sevdiyini deyib.
O illər əvvəl müğənniyə elçi düşdüyünü vurğulayıb:
"69 yaşımda etiraf edim? Gecdi... O vaxt Firuzə İbadovanı bəyənirdim, istədim onu. 16-17 yaşı var idi. Mənim də eyni. İstəyirdim, gedib-gəlirdim, razılaşmadı. İndi deyir ki, bilsəydim Kukla Teatrında işləyəcəksən, razılaşardım".
"Ürəyinə gəlir deyir. Qoy, desin. Rəhmanı və xanımını çox istəyiəm. Sənətimi o qədər sevirdim ki... O qədər elçi gəlirdi. Mənim bir Məcnunum var idi: səhnə. İndiyənə qədər də sənətimi sevirəm" -Firuzə İbadova onun sözlərinə reaksiya verib.
Ətraflı videoda:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.