AZ

"Real Madrid"də Arda Gülər qərarı: Böyük təmizlik başlayır

"Real Madrid"də növbəti mövsümün planlaması artıq bəllidir. "Kral Klubu"nda gedəcək və qalacaq oyunçuların siyahısı yavaş-yavaş dəqiqləşməyə başlayıb.

Hakimiyyet.az xəbər verir ki, Madrid təmsilçisi başda Arda Gülər, Vinisius Junior, Kilian Mbappe və Cud Bellingem olmaqla, komandanın ana skeletini təşkil edən ulduzları heyətdə saxlamaq niyyətindədir.

Heyətin özəyi qorunacaq

İspan nəhəngi gələcək mövsümün heyətini indidən formalaşdırır. Rəhbərlik mövcud heyətin əsas onurğa sütununu qorumaq qərarına gəlib. "Mundo Deportivo"nun yaydığı məlumata görə, "Real Madrid" rəhbərliyi komandanın ulduzlarını əldən çıxarmağı düşünmür. Bu çərçivədə Arda Gülər, Vinisius Junior, Kilian Mbappe və Cud Bellingemlə yanaşı, Tibo Kurtua, Eder Militao, Aureliyen Tçuameni və Federiko Valverde kimi təcrübəli adların da komandada qalacağı bildirilir.

Vidalaşacaq oyunçular da var

Heyətdə köklü təmizləmə aparılmasa da, bəzi təcrübəli oyunçularla yolların ayrılacağı gözlənilir. Bu siyahıya ilk növbədə müqavilələri başa çatan David Alaba və Dani Karvaxalın, həmçinin Dani Sebalyos, Qonzalo və Eduardu Kamavinqanın daxil ediləcəyi vurğulanır.

Gənc istedadların aqibəti: Mastantuono, Endrik və Niko Paz

Digər tərəfdən, "Real Madrid" potensiallı gənc istedadlarını təcrübə toplamaları üçün icarəyə göndərməyə hazırlaşır. Bu siyahının başında argentinalı gənc ulduz Franko Mastantuono gəlir. Gənc oyunçunun Avropa kuboklarında mübarizə aparan bir komandada daimi oyun praktikası qazanması hədəflənir. Bundan əlavə, gənc qolçu Endrikin komandaya qoşulması və Niko Paz üçün "geri alma" seçimindən istifadə edilməsi də gündəmdədir.

Seçilən
11
40
hakimiyyet.az

10Mənbələr