AZ

Heydər Əliyevdən sonra İlham Əliyev də bunu etdi Avropa üçün nümunə

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Globalinfo.az amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teysin köşə yazısını təqdim edir:

“Sovet İttifaqının dağılmasından sonra və Vaşinqtonun qlobal məsələlərdə dominant rolu ilə formalaşan geosiyasi mənzərə fonunda Avrasiya enerji bazarları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin strateji vizyonundan faydalanmağa başladı. Onun dövlətçilik fəaliyyəti – milli təsisatlar qurmaq və xaricə yönəlmiş iqtisadi diplomatiya aparmaq üçün məqsədyönlü səyləri ilə xarakterizə olunur və bu Azərbaycanın qlobal arenada mövqeyini möhkəmləndirdi. Bu səylərin mərkəzində ölkənin iqtisadi gələcəyini yenidən şəkilləndirən mühüm anlaşma olan “Əsrin müqaviləsi” çərçivəsində əsas enerji şirkətləri ilə beynəlxalq müqavilələrin imzalanması dayanırdı.

Son iyirmi üç ildə dövlət siyasətində hesabatlılığın konsolidasiyası, Prezident İlham Əliyevin liderliyi ilə birlikdə, Bakıya regional enerji şəbəkələrinin şaxələndirilməsini fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan 2030-cu ilə qədər təbii qaz hasilatını əlavə 8 milyard kubmetr artırmaq planları ilə yanaşı, yaşıl enerji təşəbbüslərini dəstəkləyir.

2024-cü il, Bakı Enerji Həftəsindən

2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində ümumilikdə 1000 meqavatdan çox yaşıl enerji istehsal etməyi hədəfləyən bir neçə müqavilə imzalandı. Elə həmin il, “Bakı irəliləyişi” konsepsiyasının geniş yayıldığı COP29 zamanı Azərbaycanın qlobal səhnədəki rolu daha da möhkəmləndi. Təşəbbüs, Qlobal Şimal və Qlobal Cənub arasındakı uçurumu aradan qaldırmağa, tarixən ən böyük çirkləndiricilər olan sənayeləşmiş ölkələrlə ətraf mühitin pozulmasından yaranan həyati təhlükələrlə üzləşən ölkələr arasında etimad yaratmağa yönəlmişdi.

Danimarkada adambaşına düşən külək enerjisi istehsalı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin hər hansı birindən daha çoxdur. Danimarkada elektrik enerjisinin 50 faizi külək və günəş enerjisi ilə təmin edilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Avropa İttifaqının (Aİ) təmiz enerjiyə keçidi və idxal olunan təbii yanacaqlardan asılılığa son vermək barədə çıxış edib. Aİ ölkələrinin bərpa olunan enerji istehsalında günəş və külək enerjisi stansiyalarının inkişafı üçün nadir torpaq elementlərinə malik MERCOSUR üzvü ölkələri ilə strateji əməkdaşlıq vacibdir.

İlham Əliyev Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin

imzalanmasına dair plenar iclasda, 2022-ci il

Daha əlverişli bərpa olunan enerji infrastrukturu yaratmaq üçün müasir texnologiyanın inkişaf etdirilməsində və qida sənayesi və istehsalını gücləndirmək, eyni zamanda Bakının irəli sürdüyü bərpa olunan enerji istehsalı üzrə milli strategiya ilə bir-birinə bağlı dövri iqtisadiyyat prinsiplərinin tətbiqində Avropa Komissiyası üçün Azərbaycan Respublikasından daha yaxşı nümunə yoxdur”.

Tərcümə etdi: Gülnar Səlimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
globalinfo.az

1Mənbələr