AZ

Lavrov: ABŞ ın İranda əməliyyatının əsas məqsədlərindən biri neftə nəzarət olub

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sergey Lavrov bildirib ki, Hörmüz boğazı vasitəsilə daşınan neftə nəzarət ABŞ-ın İranda apardığı əməliyyatın əsas məqsədlərindən biri olub.

Bizimyol.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə o, Antalya Diplomatik Forumunda çıxışı zamanı danışıb.

“Fars körfəzindəki müharibə ilə bağlı, məncə, burada hər hansı bəd niyyət axtarmağa dəyməz. Düşünmürəm ki, həqiqətən də sivilizasiyanı məhv etmək planı var idi. Bu, mənə görə, sadəcə ifadə tərzidir. Amma əsl plan nə idi? Bu, Fars körfəzi, Hörmüz boğazı və Osman körfəzi vasitəsilə keçən neftə nəzarəti ələ almaq idi”, - deyə Lavrov qeyd edib.

Aprelin 7-də ABŞ prezidenti Donald Trump Vaşinqtonun irəli sürdüyü razılaşma ultimatumunun müddəti bitdikdən sonra İranın bir sivilizasiya kimi yaxın saatlarda məhv ola biləcəyini iddia etmişdi.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
icma.az

1Mənbələr