AZ

Suriyada yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ: Yaralılar var – VİDEO

Suriyanın Haseke şəhərində yanacaqdoldurma məntəqəsində partlayışda 7 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Suriyanın Haseke şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birində ciddi hadisə baş verib.

Məlumata görə, yük maşını yanacaqdoldurma məntəqəsində olarkən qəfil alışıb.

Hadisə zamanı sürücü yanğınsöndürənlərin gəlişini gözləmədən, yanan yük maşınını məntəqədən uzaqlaşdırmağa çalışıb.

Bu zaman yaranan yanğın izi ətrafdakı 7 nəfərin xəsarət almasına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr