AZ

Azərbaycan XİN rəhbəri pakistanlı həmkarı ilə təmasın davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.

APA xəbər verir ki, bu barədə Pakistan XİN-in “X” hesabında bildirilib.

Tərəflər regional proseslərlə bağlı məhsuldar müzakirələr aparıb, Pakistan və Azərbaycan arasında mövcud yaxın və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Tərəflər gələcək dövrdə təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın Azərbaycan
Seçilən
12
8
apa.az

10Mənbələr