AZ

Yalçın Rzazadənin oğlu: "Atamın mahnısını biabırçı vəziyyətə salmısan, ay yazıq..."

Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, Mətin Rzazadə “Öz aramızda” verilişində atasının ifasında məşhurlaşan "İncə bellim" mahnısının müğənni Meydan Əsgərov tərəfindən səsləndirilməsini sərt tənqid edib:“Atamın bu mahnısını çox bərbad halda ifa edib. Çox bərbad, biabırçılıq dərəcəsində! Vəziyyət o həddə çatdı ki, həkimə getdiyim halda yolumu dəyişdirib onun canlı ifa etdiyi televiziyaya getdim, öz iradımı bildirim. Mənə dediyi cavaba baxın – sən mənimlə mahnı söhbəti edirsən, gələrsən sənə bundan da yaxşı mahnı verərəm.
PictureMənə çox maraqlıdır ki, Emin Sabitoğlunun "Dədə Qorqud" filmi üçün yazdığı mahnıdan daha yaxşı hansı mahnını verəcək?Onu heç tanımıram, sadəcə efirdə görmüşəm. Mənə deyir ki, Yalçın Rzazadənin oğlu mənim adımı çəkməklə özünə reklam qazanır. Mənim ifam, mahnılarım, toylarım, geyimlərim səndən üstündür – sənin nəyindən reklam qazanacam, ay yazıq? Mən demirəm ki, Yalçın Rzazadənin mahnılarını oxumasınlar. Əlbəttə ki, gözəl ifa edənlər olub və zəng edib təşəkkürümü bildirmişəm – Yalçın Rzazadənin varisi, davamçısı olaraq ailəmizin adından. Amma bu mahnını oxuyub biabırçı hala salmaq nə deməkdir?Zamanında həmin mahnını məhz Yalçın Rzazadənin səsinə uyğun olduğu üçün ona veriblər. Ona görə də mahnını götürüb oxuyanda baxmalısan ki, səsinə uyğundurmu..."

Xalidə,
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr