İranın burada qazandığı yalnız rejimin devrilməməsi və sanksiyaları aradan qaldırılması fonunda ölkə iqtisadiyyatının inkişafı olacaq.
İran müharibəsiz bu şərtlərlə razılaşa bilərdi.
ABŞ Yaxın Şərqdəki bazaları sıradan çıxdı. Başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ərəb ölkələri ABŞ etimad etməyəcək. Əlavə təhlükəsizlik çətiri axtarışında olacaqlar. Yaxın Şərqdə ABŞ və İran razılaşma əldə etsə də, Vaşinqtonun bu regionda mövqeyinə ciddi zərbə dəydi. Bu müharibədə qazanmayan tərəf isə, İsraildi. İsrailin Baş naziri B. Netanyahu növbəti seçkilərdə məğlub olacaq. Görünür, onu İsrailin toxunulmazlığını aradan qaldırdığı üçün həbsxanaya göndərə bilərlər. Çünki, İranın İsrsilə atdığı hər bir ballistik raket və PUA-lar İsrailin siyasi sferasında da partlayışlar edib.
Bundan sonra regionda Türkiyə, Pakistan və Misir İttifaqı qurulacaq. Səudiyyə Ərəbistanı da bu sistemə daxil olması və yeni bir siyasi nizam yaranacaq.
İran Türkiyə, Azərbaycan və Pakistan kimi dost və etimad ediləsi bir ölkəni də gördü. Hər üç ölkə İranla bağlı siyasətində Tehranla daima təmasda oldular. İran siyasi -hərbi rəhbərliyi bu üç ölkə ilə siyasətlərində korrektler etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31