AZ

ABŞ dan Kubaya mesaj: Gözlənilən gün yaxınlaşır

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Kuba ilə bağlı uzun illər gözlənilən dəyişikliklər yaxın zamanda baş verə bilər.

Turkustan.az xəbər verir ki, o, Arizona ştatının Feniks şəhərində keçirilən “Dönüş Nöqtəsi ABŞ” tədbirində çıxışı zamanı deyib: “Çox tezliklə, 70 ildir gözlədiyimiz gün gələcək. Bu, ‘Kuba üçün yeni bir şəfəq’ olacaq”.

ABŞ mediasının məlumatına görə, Amerika nümayəndə heyəti Kubaya səfər edib və yerli rəsmilərlə görüşlər keçirib. Axios-un ABŞ Dövlət Departamentinə istinadən yaydığı xəbərdə bildirilir ki, bu, son illərdə ölkəyə edilən ilk belə səfərlərdən biridir.

Rəsmilər görüşlərin detalları barədə geniş məlumat verməsələr də, bir sıra mühüm təmasların baş tutduğunu qeyd ediblər.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr