AZ

Sezen Aksu yeni albomunu təqdim etdi

ain.az, Olay.az portalına istinadən məlumat yayır.

Məşhur türk müğənni Sezen Aksunun maraqla gözlənilən “Biz de Yeniden Başlarız” albomu işıq üzü görüb.

OLAY yazır ki, səkkiz illik fasilədən sonra keçən il “Paşa Gönül Şarkıları” işi ilə pərəstişkarlarını sevindirən sənətçi fasiləni çox uzatmadan doqquz mahnıdan ibarət layihəsini rəqəmsal platformalarda təqdim edib. Fərqli sənətçilər tərəfindən ifa olunması üçün yazdığı əsərləri Mustafa Ceceli, Mithat Can Özer və Ozan Bayraşa kimi musiqiçilərlə yenidən tərtib edərək albomuna daxil edən Aksu ilk gündən sosial medianın “Ən çox danışılanlar”ı sırasına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
olay.az

1Mənbələr