AZ

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bakı. Trend:

Bu həftə "Azeri Light CIF", "Urals" və "Dated Brent", "AzeriLight FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.

Trend-inməlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasilolunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə iləmüqayisədə 11.01 ABŞ dolları və ya 8.7% azalaraq 115.49 ABŞ dollarıtəşkil edib.

Məlumata görə, sözügedən markalı xam neftin həftə ərzindəmaksimum qiyməti bir barel üçün 125.83 ABŞ dolları, minimum qiymətiisə 104.49 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light”markalı neftin orta qiyməti bir barel üçün 111.43 ABŞ dollarıtəşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 9.61 ABŞ dollarıvə ya 7.9% azdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün121.02 ABŞ dolları, ən aşağı qiymət isə 101.33 ABŞ dollarıolub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə11 ABŞ dolları və ya 11.5% azalaraq, bir barel üçün 84.69 ABŞdolları olub. Həftə ərzində maksimal qiymət 95.52 ABŞ dolları, ənaşağı qiymət isə 73.20 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti 117.91 ABŞ dollarıolub ki, bu da keçən həftə ilə müqayisədə 13.89 ABŞ dolları və ya10.5% azalma deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün132.74 ABŞ dolları, minimal qiymət isə 99.26 ABŞ dolları olub.

Neft/tarix

13.04.2026

14.04.2026

15.04.2026

16.04.2026

17.04.2026

Orta qiymət

Azeri LT CIF

$125.83

$118.56

$113.01

$115.55

$104.49

$115.49

Azeri Light FOB Ceyhan

$121.02

$114.04

$108.93

$111.83

$101.33

$111.43

Urals (EX NOVO)

$95.52

$88.15

$82.15

$84.42

$73.20

$84.69

Dated Brent

$132.74

$124.72

$116.55

$116.27

$99.26

$117.91

Seçilən
22
1
az.trend.az

2Mənbələr