AZ

Sabancılar 1 gecədə Özcan Denizə 5 milyon ödədi

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Sosyetənin məşhur simalarından Çiğdem Sabancı 56 yaşını Kapadokyada möhtəşəm və dəbdəbəli şəkildə qeyd edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ötən həftəsonu keçirilən bu xüsusi tədbir üç gün davam edib. Sabancı, təxminən 30-a yaxın dostunu dəvət etdiyi doğum günü üçün Kapadokyada yerləşən butik otellərdən birini tam şəkildə bağlatdırıb.

Qonaqlar üçün hazırlanmış proqram, lüks atmosfer və eksklüziv xidmətlər tədbiri sosial dairələrdə ən çox danışılan məclislərdən birinə çevirib. Gecənin ən diqqətçəkən məqamı isə məşhur sənətçi Özcan Denizin səhnə alması olub.

Xüsusilə Sabancının doğum günü üçün çıxış edən ifaçının bu performans qarşılığında təxminən 5 milyon lirə (təxminən 189489 manat) qonorar aldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
axsam.az

3Mənbələr