Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsveçrənin “Hublot” brendi “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə birlikdə limitli saat kolleksiyası təqdim edib.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, satışa cəmi 200 ədəd çıxarılacaq.
Saatın qiyməti 29,4 min avro təşkil edir.
Şirkətin məlumatına görə, saatın korpusu cilalanmış 18 karatlıq "King Gold" qızılından və ağ keramikadan hazırlanıb. Qeyd olunur ki, kolleksiya Mbappenin peşəkar səviyyədə vurduğu ilk qolun 10 illiyinə həsr olunub.
Cari mövsümdə hücumçu klub səviyyəsində bütün turnirlərdə 39 oyuna çıxıb, 40 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.