AZ

İqlim dəyişikliyi allergiya mövsümünü 4 həftə irəli çəkdi

Ankara Universitetinin mütəxəssisləri iqlim dəyişikliyinin allergiya mövsümünə ciddi təsir göstərdiyini açıqlayıb.

Day.az xəbər verir ki, qlobal istiləşmə səbəbilə polen mövsümü təxminən 4 həftə daha erkən başlayır və havadakı polen miqdarı təxminən 70 faiz artıb.

Mütəxəssislərin sözlərinə görə, əvvəlcə fevral-mart aylarında müşahidə olunan ağac polenləri artıq yanvarın ortalarından etibarən atmosferdə görünməyə başlayıb.

Eyni zamanda polen mövsümünün ümumi müddəti də uzanıb ki, bu da allergiyadan əziyyət çəkən insanların daha uzun və daha intensiv təsirə məruz qalmasına səbəb olur.

Alimlər xüsusilə huş ağacı polenlərinin yüksək allergik risk daşıdığını vurğulayır. Bu polenlər bəzi meyvə və qidalarla (kivi, şaftalı, albalı, fındıq və s.) çarpaz reaksiya verərək ağızda qaşınma və şişkinlik kimi "oral allergiya sindromu"na səbəb ola bilir.

Bundan başqa, güclü yağış və göy gurultusu zamanı parçalanan polenlərin "fırtına astması" riskini artırdığı da qeyd olunub.

Seçilən
11
day.az

1Mənbələr