AZ

Paşinyandan TRIPP bəyanatı – "İran böhranı bitən kimi işə başlayırıq"

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə regionun nəqliyyat və enerji gələcəyi ilə bağlı strateji hədəflərini açıqlayıb.

Musavat.com xəbər verir ki, hökumət başçısı Ermənistanın İran ətrafındakı gərginlik və Yaxın Şərqdəki müharibə vəziyyəti sabitləşən kimi TRIPP (Trans-Regional İnfrastruktur və Enerji Layihəsi) layihəsinin icrasına başlamağa tam hazır olduğunu bəyan edib.

Paşinyan vurğulayıb ki, regionda davam edən hərbi əməliyyatlar strateji layihələri müvəqqəti dondursa da, Ermənistan layihənin texniki və diplomatik bazasını hazırlayıb. O, İran ətrafındakı vəziyyətin tənzimlənməsini bu böyük infrastruktur layihəsinin start götürməsi üçün əsas şərt kimi göstərib.

Baş nazir Yaxın Şərqdəki gərginliyə və Hörmüz boğazındakı blokadaya rəğmən, Ermənistanda ərzaq və digər malların defisitinin yaşanmadığını bildirib. Onun sözlərinə görə, bu, alternativ marşrutların və logistik zəncirin operativ şəkildə qurulması sayəsində mümkün olub.

 Ölkədəki qiymət artımına toxunan Paşinyan, rəsmi İrəvanın inflyasiyaya təsir etmək imkanlarının məhdud olduğunu etiraf edib. "Əgər malların qiyməti onların istehsal olunduğu ölkələrdə qalxırsa, bu prosesin qarşısını almaq Ermənistanın gücü xaricindədir", — deyə o qeyd edib.

 Paşinyan həmçinin xatırladıb ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması TRIPP kimi layihələrin uğur qazanması üçün ən vacib amildir. O, "Sülh kəsişməsi" layihəsinin də bu qlobal şəbəkənin bir hissəsi olacağını vurğulayıb.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr