Bakı.Trend:
NATO-nun Ankarada keçiriləcək sammitində əsas diqqət qəbuledilmiş qərarların praktik icrasına yönələcək.
Trend xəbər verirki, bunu NATO Baş katibinin müavini Radmila Şekerinska AntalyaDiplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsindədeyib.
Onun sözlərinə görə, müttəfiqlərin siyasi öhdəliklərini nümayişetdirdiyi Haaqa sammitindən sonra əsas vəzifə qəbul olunmuşqərarların icrasıdır.
“Əgər Haaqa sammiti bizim öhdəliyimizi nümayiş etdirməli idisə,Ankara sammiti qəbul etdiyimiz qərarları həyata keçirməkqabiliyyətimizi göstərməlidir”, – deyə o qeyd edib.
R. Şekerinska vurğulayıb ki, NATO ölkələri artıq müdafiəxərclərinin əhəmiyyətli dərəcədə artırılması barədə razılığagəliblər.
“Fərqli prioritetlərə malik 32 müttəfiq arasında kollektivtəhlükəsizlik və müdafiə xərclərinin görünməmiş dərəcədəartırılması məsələsində razılıq əldə etmək asan olmayıb”, – deyə obildirib.
Onun sözlərinə görə, təhlükəsizlik sahəsində mövcud vəziyyətqətiyyətli addımlar tələb edir.
“Üzləşdiyimiz təhdidlər qərarların təxirə salınmasına icazəvermir — onlar konkret addımlar tələb edir”, – deyə R. Şekerinskaəlavə edib.
O qeyd edib ki, müttəfiqlər artıq real addımlar atırlar.
“Avropa müttəfiqləri və Kanadanın səylərini artırdıqlarınıgörürük. Baltikyanı ölkələr də daxil olmaqla bir sıra dövlətlərmüdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb, Almaniya isə buxərcləri demək olar ki, iki dəfə artırıb”, – deyə o vurğulayıb.
R. Şekerinska müdafiə sənayesinin inkişafının vacibliyini dəqeyd edib.
“Söhbət yalnız maliyyələşmədən getmir, həm də istehsalınartırılması, şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi vətəchizat müddətlərinin qısaldılmasından gedir”, – deyə obildirib.
Onun sözlərinə görə, Ankara sammitində müdafiə sənayesi iləəməkdaşlığa xüsusi diqqət yetiriləcək.