AZ

"Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirəcək"

Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılığa gəliblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə bildirib.

“Rusiya ilə bizim hərbi-texniki əməkdaşlığımız var idi, bir mərhələdə bu əməkdaşlıq əhəmiyyətli dərəcədə azalmışdı və ya dayanmışdı”, — Paşinyan deyib.

Onun sözlərinə görə, Moskvaya son səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində “hərbi-texniki əməkdaşlıq sahəsində əvvəl əldə olunmuş razılaşmaların icra edilməsi” barədə razılıq əldə olunub.

"Cebheinfo.az"

Seçilən
11
5
cebheinfo.az

10Mənbələr