Bakı.Trend:
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı”na əsasən, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cuilə qədər 20 ədəd qatar almağı planlaşdırır.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Bildirilib ki, yeni qatarların alınması ilə bağlı bir sıraxarici şirkətlərlə görüşlər keçirilir, təhlil və müzakirələraparılır.
Yeni qatarlar Abşeron dairəvi dəmiryol marşrutu, o cümlədənDövlət Proqramına əsasən dairə üzrə istifadəyə veriləcək yenixətlərdə istismar olunacaq.