AZ

Kapoeyra üzrə seminarda fərqlənən idmançılara kəmər və sertifikatlar təqdim olunub

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Kapoeyra Federasiyası (AKF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə kəmər dərəcələri üzrə seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Balaxanı İdman Mərkəzində keçirilən tədbirdə Bakı və regionlardan ümumilikdə 400-ə yaxın uşaq iştirak edib.

Burada fərqlənən idmançılara kəmər və sertifikatlar təqdim olunub.

AKF-nin baş katibi Rüfət Vəliməmmədov tədbirin Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunduğunu qeyd edib. O bildirib ki, əsas məqsəd kapoeyra idman növünü Azərbaycanda inkişaf etdirməkdir.

Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes də Azərbaycanda bu idman növünün inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri barədə danışıb.

Müxbir - Cavid Əliyev
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov
Seçilən
32
azertag.az

1Mənbələr