AZ

Oliver Kan “Real”ı tənqid etdi: “Sanki bütün hakim qərarları onların xeyrinə olmalıdır”

Almaniya futbolunun əfsanəsi Olivver Kan “Real”ı tənqid edib.

Msport.az xəbər verir ki, Madrid klubu Çempionlar Liqasının 1\4 final mərhələsinin “Bayern”lə cavab oyununda (3:4) hakim qərarlarından narazı qalmışdı.

Baş hakim Slavko Vinçiç 86-cı dəqiqədə Eduardo Kamavinqaya 2-ci sarı vərəqəni göstərmişdi.

“Real”ın baş məşqçisi Alvaro Arbeloa matçdan sonra hakimin oyunu korladığını bildirmişdi.

“Biz buna son qoymalıyıq. Onlar bundan sonra da cəzasız qalmamalıdırlar. Nəsə onların planına uyğun getmirsə, xaos başlayır. Özlərini elə aparırlar ki, sanki bütün hakim qərarları onların xeyirinə olmalıdır.

Buna son qoyulmalıdır. Düzünü desəm, bu onu göstərir ki, Çempionlar Liqasının 15 titulunu necə qazanıblar” – Oliver Kan belə deyib.

Seçilən
25
33
msport.az

10Mənbələr