AZ

Hörmüz boğazı şərti olaraq açıqdır - Rza Talai

Hörmüz boğazı yalnız atəşkəs rejiminə əməl olunması şərti ilə və bəzi gəmilər üçün məhdudiyyətlərlə açıqdır.

Ölkə.Az-ın Iran International-a istinadən məlumatına görə, bu barədə şənbə günü İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyanat verib.

"Hörmüz boğazı yalnız atəşkəs şəraitində və məhdud əsaslarla açıqdır. Bu, hərbi gəmilərin və düşmən qüvvələrlə əlaqəli gəmilərin keçidinin qadağan edilməsi şərti ilə mümkündür", — deyə Rza Talai-Nik bildirib.

O əlavə edib ki, mövcud vəziyyət müvəqqəti xarakter daşıyır və İran tərəfindən dəstəklənən Livandakı "Hizbullah" qruplaşmasına təzyiqlər artarsa, bu qərar dəyişə bilər.

Seçilən
12
1
olke.az

2Mənbələr