Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının mükafatçıları bəlli olacaq.
Fanat.Az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda matç baş tutacaq.
Saat 13:00-da "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gələcək.
Saat 16:00-da is. final qarşılaşması keçiriləcək. Həlledici oyunda "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunacaq.