“İnter” klubunun sol cinah müdafiəçisi Federiko Dimarko növbəti məhsuldar ötürməsi ilə yadda qalıb.
Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu “Kalyari” ilə oyunda 52-ci dəqiqədə Markus Tyurama assist edərək “neradzurrilər”i hesabda önə keçirib.
Beləliklə, italiyalı lateralın cari A Seriyası mövsümündə 16 məhsuldar ötürməsi var və bu, çempionat rekordunun təkrarıdır. Daha əvvəl bu göstəricinin yeganə sahibi “Atalanta”da çıxış edərkən eyni nəticəyə imza atan Alejandro Qomes idi.