BAKI, 18 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Portuqaliya Respublikasının Dövlət və Xarici İşlər Naziri Paulo Rangel ilə görüş keçirib.
Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.
Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.