AZ

Ayşə Berris Ekinci: Qlobal əlaqələr yeni mərhələyə keçib

BAKI, 18 aprel. TELEQRAF

Artıq əlaqəni yanlız bir anlayış kimi görmürük. Daha çox onu infrastrukturla əlaqəli şəkildə qiymətləndiririk.

Teleqraf xəbər verir ki, bu barədəTürkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı bildirib.

O bildirib ki, əlaqə son bir neçə ildə önəm qazanan anlayış kimi qarşımıza çıxıb:

"Biz bunu xüsislə COVİD pandemiyası dövründə daha çox müşahidə etdik. Təchizat zəncirlərindəki pozulmalarda da bunu gördük. Rusiya ilə Ukrayna arasındakı müharibədə də bunu müşahidə etdik. Amma Körfəz müharibəsi ilə birlikdə həqiqətən bir oyanış yaşadıq. Bunun bir çox təbii ki, əks təsirlərini gördük və yaşadığımız bu pozulmalarla birlikdə reaksiyalarımızı da müşahidə etdik. Bu məsələ gündəmə də gətirildi.

Artıq əlaqəni təkbaşına, ayrıca bir anlayış kimi görmürük. Daha çox onu infrastrukturla əlaqəli şəkildə qiymətləndiririk. Daha əvvəl də qeyd etdiyiniz kimi, bu, çoxşaxəli və çoxölçülü bir ekosistemə çevrilməlidir. Buraya nəqliyyat, malların daşınması, enerji, rəqəmsallaşma, qeydiyyat, idarəetmə, maliyyələşdirmə və əlbəttə ki, qarşılıqlı əlaqə də daxil edilməlidir.

Türkiyə olaraq biz uzun müddətdir infrastruktur sahəsində işlərimizi davam etdiririk. Əslində Türkiyənin strateji mövqeyi də çox önəmlidir və həyati əhəmiyyət daşıyan bir mərkəz (hub) olma potensialına malikdir".

Seçilən
13
teleqraf.com

1Mənbələr