AZ

Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunan “Ölməz”monotamaşası onun vaxtı ilə yaşadığı Mingəçevirdə təqdimedilib.

Trend xəbər verir ki, təqdimat Heydər Əliyev Fondu, MədəniyyətNazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Sumqayıt DövlətDram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının təşkilatçılığı iləbaş tutub.

Səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu,quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru isəÜmid Abbaszadədir.

Monotamaşada Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyevçıxış edib.

Səhnə əsərində Milli Qəhrəman Natiq Qasımovun igidliyi,vətənpərvərliyi və fədakarlığı canlandırılıb. Tamaşada onun altısilahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına ermənilərinmühasirəsinə qarşı göstərdiyi müqavimət və Xocalıda girov götürülən22 sakinin həyatını xilas etmək üçün göstərdiyi qəhrəmanlıqsəhnələşdirilib.

Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlıkəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi Mingəçevirəköçüb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyəgedib və döyüşlərdə misilsiz igidlik göstərib.

Natiq Qasımov 1992-ci ildə Xocalının Pirlər kəndində 5 güntəkbaşına mühasirədə qalsa da, ermənilərə müqavimət göstərərəktəslim olmayıb. Ermənilər onu Xocalıda girov götürülən 22 sakiniöldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığıAlban kilsəsindən çıxıb. Lakin son ana qədər əlindəki AzərbaycanBayrağını ermənilərə verməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun2024-cü il tarixli Sərəncamı ilə o, ölümündən sonra “AzərbaycanınMilli Qəhrəmanı” adına layiq görülüb.

Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Natiq
Seçilən
35
13
az.trend.az

10Mənbələr