AZ

DİN yanında İctimai Şuranın Fəaliyyət Planı qəbul edilib

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şuranın iclasının gündəlyi təsdiq olunmuş, ilk olaraq 2026-2028-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılıb. Bu barətə "Olaylar"a DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev məlumat verib: "Şura üzvlərinin təklifləri əsasında Fəaliyyət Planı layihəsi hazırlanıb. Qarşıda duran əsas vəzifə Şuranın fəaliyyətini daha da gücləndirməkdir.  Cəmiyyətlə dövlət arasında əlaqə yalnız dialoqla yox, nəticə ilə ölçülür. Nəzərdə tutulan tədbilər İctimai Şuranın səmərəli və nəticəyönümlü fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradır. Qanunun aliliyi, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət-cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini əsas götürən Fəaliyyət Planı 8 istiqamət üzrə tədbirləri və təşəbbüsləri müəyyənləşdirir. Geniş müzakirələrdən sonra Fəaliyyət Planı qəbul edilmişdir. Həmçinin İctimai Şuranın 5 işçi qrupu - Monitorinq və nəzarət, Şəxsi heyətlə iş, Koordinasiya, Təhlil, Təhsil və gənclərlə iş üzrə işçi qrupları yaradılmış, onların üzvləri seçilmişdir".
 Sədr Əliməmməd Nuriyev ölkəmizdə təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumu (WUF 13)  ərəfəsində  DİN və İctimai Şuranın tərəfdaşlığı ilə "Təhlükəsizlik və şəhərsalmanın müasir çağirişlari" mövzusunda ictimai dinləmənin təşkili planları ilə bağlı məlumat vermiş, tədbirin məqsədi, formatı və gündəliyi barədə təkliflərini səsləndirmişdir. İctimai dinləmənin keçirilməsi barədə təklif İctimai Şura tərəfindən qəbul edilmişdir.
Cari məsələlərin müzakirəsində İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Şuranın sədr müavini Fərhad Süleymanov, Şuranın katibi İxtiyar Hüseynli, üzvlər İbrahim Zeynalov, Mehriban Zeynalova, Zaur Məmmədov çıxış edərək qarşıdakı dövrdə fəaliyyətin daha da təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı təkliflərini bildirmişlər. Ictimai Şuranın İclasında Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin bölmə rəisi Elsevər Həsənov iştirak etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
8
olaylar.az

9Mənbələr