AZ

Nazirdən Neftçi paylaşımı Şəkil

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nazirdən "Neftçi" paylaşımı - Şəkil

Azərbaycan Respublikasının elm və təhsil naziri, "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial şəbəkə hesablarında yeni paylaşım edib.

QOL.az xəbər verir ki, dövlət rəsmisi paytaxt təmsilçisinin loqosunu paylaşıb.

E.Əmrullayevin ötən gün Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə matçda baş verən qalmaqaldan sonra belə addm atması xüsusilə diqqət çəkib.

Qeyd edək ki, görüşdəki hadisə matçın 90+4-cü dəqiqəsində "Zirə"nin futbolçusu Brahim Konatenin bərabərlik qolundan sonra baş verib. “Neftçi” tərəfi qolun qaydalardan kənar vurulduğunu iddia edib. Bundan sonra meydanda ara qarışıb. Baş hakim İnqilab Məmmədov əvvəlcə “Zirə”nin məşqçisi Ağabala Ramazanova, sonra “Neftçi”nin baş məşqçisi Yuri Verniduba qırmızı vərəqə göstərib. Sonuncu hakim qərarına emosional reaksiya verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
qol.az

4Mənbələr