
ABŞ prezidenti Donald Tramp İranla danışıqların uğursuzluğa düçar olacağı təqdirdə Vaşinqtonun İslam Respublikasına qarşı hərbi əməliyyatlara yenidən başlaya biləcəyi ehtimalını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə jurnalistlərin Vaşinqton və Tehran atəşkəs müddəti bitməzdən əvvəl razılığa gələ bilməsələr, atəşkəsin uzadılması ehtimalı ilə bağlı suallarını cavablandırarkən bildirib.
“Bəlkə də onu (atəşkəs rejimini) uzatmayacağam. Blokada qüvvədədir və təəssüf ki, yenidən bombalamağa başlamalı olacağıq”, - Tramp qeyd edib.