AZ

İran hava məkanını yenidən açır

 

Şənbə günü yerli vaxtla saat 07:00-dan etibarən İran öz hava məkanını və bir sıra hava limanlarını yenidən açıb.

Ölkə.Az-ın Iran International-a istinadən məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, ölkənin şərq hissəsindəki hava marşrutları İranın hava məkanı üzərindən həyata keçirilən beynəlxalq uçuşlar üçün yenidən istifadəyə verilib.

Həmçinin qeyd olunur ki, ölkə boyu hava limanlarında uçuşlar hərbi və mülki sektorların sərnişinlərə xidmət göstərmək üçün texniki və operativ hazırlığından asılı olaraq tədricən bərpa ediləcək.

Seçilən
16
olke.az

1Mənbələr